×
A
A
A
Sazlamalar

Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb

Bakı, 24 sentyabr, AZƏRTAC

2021-ci ilin səkkiz ayında ölkəyə 338,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 514,3 milyon ABŞ dollarına yaxın olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 670,5 milyon dollarlıq 578,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

 

İqtisadiyyat 2021-09-24 17:59:00