×
A
A
A
Sazlamalar

Səkkiz ayda 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, güzəştli kreditlərin 59,2 faizi kənd təsərrüfatı, 24,2 faizi sənaye məhsullarının istehsalı və emalı, 16,6 faizi isə digər sahələrə verilib. Kreditlərin 97,5 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

 

İqtisadiyyat 2021-09-24 17:16:00