×
A
A
A
Sazlamalar

Cari ildə “Azərenerji” 16,7 milyard kilovat/saat elektrik enerjisi istehsal edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 16 milyard 737,1 milyon kilovat/saat (İES-lərdə 15 milyard 892,7 milyon kilovat/saat, SES-lərdə 844,4 milyon kilovat/saat) olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 8 ayda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 312,3 milyon kilovat/saat (İES-lərdə 165,7 milyon kilovat/saat, SES-lərdə 111,6 milyon kilovat/saat, günəş stansiyalarında 35 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə 1 milyard 519,9 milyon kilovat/saat təşkil edib.
“Azərişıq” ASC-nin külək elektrik stansiyalarında isə 43,1 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

 

Energetika 2021-09-24 17:03:00