×
A
A
A
Sazlamalar

Ölkəyə 111,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ölkəyə 111,8 min tonadək plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 234,5 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 225,7 milyon dollar olmaqla 132,3 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

İqtisadiyyat 2021-09-24 15:52:00