×
A
A
A
Sazlamalar

Əczaçılıq məhsullarının idxalında cüzi artım olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkəyə 15,1 min ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 384,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycana 243 milyon dollarlıq 14,9 min ton əczaçılıq məhsulları idxal edilib.

 

İqtisadiyyat 2021-09-24 14:55:00