×
A
A
A
Sazlamalar

Moskvada Azərbaycan və Belarus Baş nazirlərinin müavinləri görüşüb

Moskva, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 91-ci iclası çərçivəsində Azərbaycan və Belarus Baş nazirlərinin müavinlərinin ikitərəfli görüşü olub.
AZƏRTAC xəbər verir ki, ikitərəfli görüş Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko arasında keçirilib.
Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə qarşılıqlı əlaqələr və MDB çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

İqtisadiyyat 2021-09-24 15:09:00