×
A
A
A
Sazlamalar

Bitki və heyvan mənşəli piylər və yağların idxalı cüzi azalıb

Bakı, 24 sentyabr, AZƏRTAC

2021-ci ilin səkkiz ayında ölkəyə 102 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 140,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 98 milyon dollarlıq 105,8 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

İqtisadiyyat 2021-09-24 14:07:00