×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında ölkəyə 34 min ton düyü idxal olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkəyə 34 min ton düyü idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən düyünün dəyəri 24,8 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 30,7 milyon dollar olmaqla 44,4 min ton düyü idxal edilib.

 

İqtisadiyyat 2021-09-24 13:14:00