×
A
A
A
Sazlamalar

Nazir: Xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır

Bakı, 23 sentyabr, AZƏRTAC

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.

İqtisadiyyat 2021-09-23 14:48:00