Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır
Tehran, 23 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində İran və Türkiyənin xarici işlər nazirləri - Əmir Abdulahian və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
AZƏRTAC İranın İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, görüşdə regiondakı vəziyyət müzakirə edilib. Qeyd olunub ki, Qarabağın azad edilməsi nəticəsində regionda yeni siyasi reallıqlar yaranıb. Bu baxımdan region dövlətləri məsləhətləşmələr aparmalıdır.
Görüşdə qərara alınıb ki, Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri Tehranda görüş keçirərək yeni reallıqlardan doğan məsələləri müzakirə etsinlər.
Görüşün vaxtı hələlik müəyyən edilməyib. Lakin hər 3 ölkənin xarici işlər nazirlikləri görüşün təşkili ilə əlaqədar texniki məsələləri müzakirə edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
AŞPA-nın həmməruzəçiləri bölgədəki mövcud vəziyyət barədə məlumatlandırılıb
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb