×
A
A
A
Sazlamalar

Səkkiz ayda Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinə 435 min 550 zəng daxil olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinə 435 min 550 zəng daxil olub ki, bunun da 90,9 faizi canlı rejimdə təmsilçi tərəfindən cavablandırılıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 1 iş günü ərzində təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1875, cavablandırılmaya qəbul edilmiş zənglərin sayı isə 1706 olub.
Çağrı mərkəzinə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan zənglər üzrə mürəkkəb sual kateqoriyası, elektron xidmətlərdən istifadə zamanı xəta, 3-cü şəxslərin pozuntuları, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), təkliflərin qəbulu və sair məsələlərlə bağlı müraciət vərəqələri tərtib edilib.

Maliyyə 2021-09-23 13:42:00