×
A
A
A
Sazlamalar

Son 15 ayda KOB tərəfindən 1,4 milyard manat kredit üçün müraciət edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Son 15 ayda 5 mindən çox KOB 1,4 milyard manat məbləğində kredit üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” adlı müstəqil hesabatın təqdimatında deyib.
Nazir qeyd edib ki, Elektron Kredit Platforması üzərindən 1900-dən çox müraciət üzrə 423 milyon güzəştli kreditin verilməsi təsdiqlənib.

 

İqtisadiyyat 2021-09-23 13:40:00