×
A
A
A
Sazlamalar

Bəyannamə tərtibatı proqramının yeni təkmil versiyası hazırdır

Bakı, 23 sentyabr, AZƏRTAC

Vergi sahəsində bəyannamə tərtibatı proqramının yeni təkmil versiyası artıq hazırdır.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni versiyada 7 rəqəmli fəaliyyət kodları əlavə edilib. Aksiz bəyannaməsində ixracla və yalnız aksiz marakalarının hərəkəti ilə bağlı Əlavə 2-ni təqdim etdikdə yaranan problemlər aradan qaldırılıb.
Həmçinin bəyannamələrin ümumi məlumat hissələrində VÖEN-ə görə ödəyici tipinin avtomatik seçilməsi əlavə edilib.

 

Maliyyə 2021-09-23 11:45:00