×
A
A
A
Sazlamalar

“Açıq mikrofon” aksiyasının növbəti ünvanı açıqlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir. Ölkənin ən müxtəlif yerlərində təşkil olunan səyyar qəbul otaqları vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.
İB-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciəti əsasında formalaşan “Açıq mikrofon” aksiyasının növbəti ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cıdır.

 

Neft - qaz 2021-09-22 19:04:00