×
A
A
A
Sazlamalar

Qaz xəttinə qanunsuz müdaxilələrin qarşısı alınıb

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Abşeron rayonunun Masazır qəsəbəsində qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktını aşkar ediblər.
İB-dən AZƏRTAC-a bildirilib ki, qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər. Abonentlər bir daha qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırılır. Belə halları müşahidə edənlərdən Birliyin 104/185 saylı Çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.

Neft - qaz 2021-09-22 18:29:00