×
A
A
A
Sazlamalar

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi öhdəliyi

Bakı, 22 sentyabr, AZƏRTAC

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Radil Fətullayevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyi notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməlidir.
İqtisadçı qeyd edib ki, mülkiyyətdə olan torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi, torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı vergi tutulmur.
R.Fətullayev əlavə edib ki, torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) təqdim edilməsi üzrə vergi həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.

Maliyyə 2021-09-22 17:23:00