×
A
A
A
Sazlamalar

“Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buraxılış 8 markadan ibarət vərəq şəklində hazırlanıb. Poçt markası 103 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.
Qeyd edək ki, oktyabrın 13-də “Qars müqaviləsi”nin bağlanmasının 100 ili tamam olur. “Qars müqaviləsi” mühüm tarixi əhəmiyyətə malikdir. Müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində
razılığa gəlinib.

İqtisadiyyat 2021-09-22 15:50:00