×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında ölkəyə 9802 ton çay idxal olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkəyə 9802 ton çay idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən çayın dəyəri 41,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 37,6 milyon dollar olmaqla 9250 ton çay idxal edilib.

İqtisadiyyat 2021-09-22 15:47:00