×
A
A
A
Sazlamalar

Meyvə-tərəvəz idxalında artım olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ölkəyə 234,2 min ton meyvə-tərəvəz idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 136,5 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə 131,4 milyon dollarlıq 215,4 min ton meyvə-tərəvəz idxal edilib.

 

İqtisadiyyat 2021-09-22 15:44:00