×
A
A
A
Sazlamalar

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı cüzi azalıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Bu ilin səkkiz ayında ölkəyə 9942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 50,1 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust aylarında 57,9 milyon dollarlıq 11,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

İqtisadiyyat 2021-09-22 14:23:00