×
A
A
A
Sazlamalar

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50103190S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 22 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 178 milyon 633 min manat olub. MB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar oktyabrın 20-də ödəniləcək.

Maliyyə 2021-09-22 12:30:00