×
A
A
A
Sazlamalar

Aktiv vergiödəyicilərinin sayında 4,7 faiz artım olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari il sentyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645 min 189 nəfər təşkil edib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artaraq, 32 min 585-ə çatıb.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177 min 274 olub.

Maliyyə 2021-09-22 11:32:00