×
A
A
A
Sazlamalar

Dövlət qeydiyyatından keçən xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayı açıqlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

2021-ci il sentyabrın 1-nə 16 min 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.
Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 faizi Türkiyə, 11,6 faizi Gürcüstan, 10,5 faizi İran, 9,5 faizi Rusiya, 5,3 faizi Pakistan və 4,2 faizi Hindistan investisiyalı hüquqi şəxslərdir.

Maliyyə 2021-09-22 04:05:00