×
A
A
A
Sazlamalar

Səkkiz ayda 7482 kommersiya qurumu dövlət qeydiyyatından keçib

Bakı, 22 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında 7482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin “e-qeydiyyat”ının xüsusi çəkisi 92,3 faiz təşkil edib.
İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Maliyyə 2021-09-22 01:56:00