×
A
A
A
Sazlamalar

Oktyabrın 1-dən immunitet sertifikatı və ya COVID-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb edilən iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, DANX tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Oktyabrın 1-dən etibarən immunitet sertifikatı və ya COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək.

Nəqliyyat 2021-09-21 22:15:00