×
A
A
A
Sazlamalar

Moskvada MDB İqtisadi Şurasının 91-ci iclası keçiriləcək

Moskva, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Moskvada Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 91-ci iclası təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Belarus Respublikasının sədrliyi ilə keçiriləcək tədbirdə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair məsələlərin geniş kompleksinə baxılacaq.
İclas iştirakçıları Dəmir yolu nəqliyyatının strateji inkişaf Konsepsiyası, Dövlətlərarası innovasiyalı əməkdaşlıq proqramının icrası üzrə Kompleks Planı, həmçinin Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şuranın fəaliyyəti, Neft-qaz maşınqayırması sahəsində Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi, MDB orqanlarının vahid büdcəsinin icrası və s. layihələrə dair məsələləri müzakirə etməyi planlaşdırırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2021-09-21 18:54:00