×
A
A
A
Sazlamalar

İşsizlikdən sığorta haqları üzrə daxilolmalarla bağlı proqnoza 109,7 faiz icra edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib. Bu sahədə daxilolmalar üzrə proqnoza 111,3 faiz əməl olunub.

Maliyyə 2021-09-21 18:27:00