×
A
A
A
Sazlamalar

Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılır

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-i saat 20:00-dan sentyabrın 22-si saat 08:00-dək Bakı şəhərinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2021-09-21 16:16:00