×
A
A
A
Sazlamalar

Səkkiz ayda ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların həcmi açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında 277,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 264,7 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 118,5 milyon dollar dəyərində 160,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.

İqtisadiyyat 2021-09-21 16:15:00