×
A
A
A
Sazlamalar

Meşə fındığı ixracı azalıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında 7653 ton meşə fındığı ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meşə fındığının dəyəri 45 milyon dollar olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə dəyəri 60,6 milyon dollar olmaqla 9930 ton meşə fındığı ixrac edilib.

 

İqtisadiyyat 2021-09-21 16:07:00