×
A
A
A
Sazlamalar

Toxuculuq, geyim və ayaqqabı sahələrində 303,9 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu ilin səkkiz ayında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatların, ayaqqabıların istehsalı sahələrində 303,9 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə dəri və dəri məmulatların, ayaqqabıların istehsalında 56,1 faiz, toxuculuq sənayesində 52,5 faiz artım, geyim istehsalında isə 9,8 faiz azalma müşahidə olunub.

 

İqtisadiyyat 2021-09-21 15:57:00