×
A
A
A
Sazlamalar

Səkkiz ayda pərakəndə ticarət dövriyyəsi 2,7 faiz artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460 milyon manatlıq, o cümlədən 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,1 faiz artım müşahidə olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb.

İqtisadiyyat 2021-09-21 15:36:00