×
A
A
A
Sazlamalar

Fəxriyə Xələfova: Xurşidbanu Natəvan mükafatı sahəsi üzrə fərqlənən sahibkar qadınlara təqdim olunacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

“Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin 8 min üzvü var. Bu illər ərzində İctimai Birliyin tərkibində olan xanımlar öz istiqamətləri üzrə inkişaf ediblər və bu gün sahibkarlara çevriliblər. Birliyimiz tərəfindən gənc xanımlarımıza sahibkarlıqla bağlı pulsuz treninqlər, xarici ölkələrə səfərlər, maarifləndirici tədbirlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova müsahibəsində bildirib.
O qeyd edib ki, Birliyin ictimai toplantısı tərəfindən sahibkar xanımlar üçün Xurşidbanu Natəvan adına mükafatı təsis edilib və bu mükafat illik mükafat olacaq. Bu mükafat öz sahəsində yüksək nailiyyətlər göstərən qadınlara təqdim olunacaq.
“Birliyimizin tərkibində əlil sahibkar qadınlar da fəaliyyət göstərir və bu da çox vacib istiqamətdir ki, əlil sahibkar qadınların da inkişafı bu gün çox əhəmiyyətlidir. Keçirdiyimiz tədbirlər çərçivəsində sərgilər də təşkil olunur. 44 günlük şanlı Vətən müharibəsindən sonra sahibkar xanımlarımızın ianələri vasitəsilə qazilərimizə və şəhid ailələrimizin övladlarına dəstək olmağa çalışırıq”, - deyə F.Xələfova bildirib.

 

İqtisadiyyat 2021-09-21 15:10:00