×
A
A
A
Sazlamalar

Əmanətlərin Sığortalanması Fondu “Royalbank” ASC-nin kreditorlarına müraciət edib

Bakı, 21 sentyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Royalbank” ASC-nin kreditorlarına müraciət edib.
ADIF-dan AZƏRTAC-a bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi sentyabrın 21-dən etibarən başlayacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı şəhəri, Babək prospekti 16, Qaynar xətt: (012) 941.

 

Maliyyə 2021-09-21 14:42:00