×
A
A
A
Sazlamalar

İctimai iaşə dövriyyəsi artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 547,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3 faiz artaraq 275,2 milyon manat olub.

İqtisadiyyat 2021-09-21 14:11:00