×
A
A
A
Sazlamalar

Meyvə-tərəvəz ixracı cüzi artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında 393,9 min ton meyvə-tərəvəz ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 364,7 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 376,2 milyon dollar olmaqla 372,9 min ton meyvə-tərəvəz ixrac edilib.

 

İqtisadiyyat 2021-09-21 13:17:00