×
A
A
A
Sazlamalar

Tomat ixracı azalıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu ilin səkkiz ayında 119,1 min ton tomat ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən tomatın dəyəri 128,2 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust aylarında dəyəri 167 milyon dollar olmaqla 154,1 min ton tomat ixrac edilib.

 

İqtisadiyyat 2021-09-21 12:16:00