×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyon dollara yaxın olub

Kişineu, 21 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyon dollara yaxın olub.
AZƏRTAC Moldovanın Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, səkkiz ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2 milyon 654 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 830,9 min dollar dəyərində məhsul ixrac olunub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

İqtisadiyyat 2021-09-21 04:48:00