×
A
A
A
Sazlamalar

Biznes mühitinə dair sorğu əsasında hazırlanan müstəqil hesabatın növbəti nəşri təqdim ediləcək

Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatası “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” adlı müstəqil hesabatın növbəti nəşrini təqdim edəcək.
AZƏRTAC palataya istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan bu eksklüziv biznes və netvorking tədbiri 150-yə yaxın yüksəkvəzifəli xarici biznes nümayəndələrini və beynəlxalq qurumları bir araya gətirəcək. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov açılış nitqi ilə çıxış edəcək.
Tədbir Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin icraçı direktorları və beynəlxalq şirkətlərin rəhbərləri ilə iqtisadi siyasəti təyin edən qurumların yüksəkvəzifəli nümayəndələrini bir araya gətirən unikal bir platforma rolunu oynayır və ictimai-özəl dialoqu gücləndirməklə şirkətlərin üzləşdiyi çətinlikləri müzakirə etmək və təklifləri təşviq etmək məqsədi daşıyır. Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və COVID-19 qaydalarına tam uyğun keçiriləcək, təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyələrə ciddi riayət edilməklə təşkil olunacaq.

 

İqtisadiyyat 2021-09-20 20:39:00