×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 5 milyard dollara yaxın sərmayə yatırıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Hazırda Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna yatırdığı sərmayələrin ümumi həcmi bu il aprelin 1-nə 4,9 milyard dollar təşkil edib.

İqtisadiyyat 2021-09-20 19:47:00