×
A
A
A
Sazlamalar

Nazir: 20 ildə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar sərmayə qoyulub

Bakı, 20 sentyabr, AZƏRTAC

Böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar sərmayə qoyulub ki, bunun da 79,5 faizi xarici investisiyalardır.

Neft - qaz 2021-09-20 19:07:00