×
A
A
A
Sazlamalar

“Azəriqaz” Zirədə sahibkarların problemlərini dinləyəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Zirə kəndində təşkil olunacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini öz üzərinə götürən bu kəndin istixana sahiblərinin problem və təklifləri dinləniləcək. Mədəniyyət mərkəzinin qarşısında təşkil olunacaq səyyar qəbul otağı sentyabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir.

Neft - qaz 2021-09-20 18:58:00