İspaniya pandemiya dövründə daşınmaz əmlak bazarında ucuzlaşmada lider ölkədir
Madrid, 19 sentyabr, AZƏRTAC
“Knight Frank” konsaltinq şirkəti, koronavirus pandemiyası dövründə daşınmaz əmlak bazarında dəyişən qiymətləri olan ölkələrin reytinqini hazırlayıb. Siyahıya ümumilikdə 55 ölkə daxil olub.
AZƏRTAC xəbər verir ki, 2020-ci ilin birinci rübündən 2021-ci ilin ikinci rübünə qədər olan dövrdə ümumi bahalaşma fonunda İspaniyada ən çox - 0,9 faiz əmlak bazarında qiymətlər aşağı düşüb. İkinci yerdə Hindistan (0,5 faiz) qərarlaşıb.
Qiymətlərin əksinə artdığı ölkələr siyahısına Türkiyə liderlik edir. Burada daşınmaz əmlak 29,20 faiz bahalaşıb. Siyahıda daha sonra Yeni Zelandiya ( 25,90 faiz) və ABŞ (18,60 faiz) yer alıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Bosniya və Herseqovinada daşqın qurbanları kütləvi dəfn edilib
Britaniya Gürcüstanla təhlükəsizlik dialoqunu dayandırıb
Romada 1 milyard avroluq tullantıları enerjiyə çevirən zavod tikiləcək
Bosniya və Herseqovina vətəndaşları gələn ildən Kosovoya şəxsiyyət vəsiqəsi ilə səfər edəcəklər
Xarkov vilayətinin bəzi şəhər və rayonlarında əhali məcburi təxliyə edilir