×
A
A
A
Sazlamalar

Avqustda qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Avqust ayında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 638,3 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,5 kiloqram azalma deməkdir.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 266,9 kiloqram hazır məhsul ehtiyatı var.

Sənaye 2021-09-16 11:51:00