×
A
A
A
Sazlamalar

Səkkiz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 17,4 milyon ton neft daşınıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 331,3 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 8 ayda bu kəmərlə 17 milyon 434,8 min ton neft nəql edilib.
Cari ildə BTC ilə 2 milyon 213,5 min ton tranzit nefti də ötürülüb.

 

Neft - qaz 2021-09-15 20:47:00