×
A
A
A
Sazlamalar

Ölkəyə gətirilən məhsulların 16,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycana idxal olunan məhsulların 16,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 68,1 faizini avtomobil, 10,6 faizini hava, 4,3 faizini dəniz nəqliyyatı, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.

 

Nəqliyyat 2021-09-15 20:24:00