Ötən ay 296,3 kiloqram qızıl istehsal edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Avqust ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 296,3 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 14 kiloqram az olub.
Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 138,2 kiloqram hazır qızıl ehtiyatı var.
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
Mikayıl Cabbarov: Avqustda Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılması planlaşdırılır
Sahibkarların sənaye zonalarına marağı artır