×
A
A
A
Sazlamalar

Səkkiz ayda ölkəyə elektriklə işləyən 7289 nəqliyyat vasitəsi gətirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkəyə 7289 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 7234-ü daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 55-i isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Nəqliyyat 2021-09-15 19:26:00