×
A
A
A
Sazlamalar

Dizel yanacağının istehsalı 12,5 faiz artıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 679,8 min ton dizel yanacağı, 804,3 min ton avtomobil benzini, 279,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 336 min ton ağ neft, 31,1 min ton yanacaq mazutu, 35,7 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu və 176,1 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 881,7 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 8,7 faiz artıb.
Sürtkü yağlarının istehsalı 66,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8 faiz, neft koksunun istehsalı 21,3 faiz, neft bitumunun istehsalı 7,4 faiz, dizel yanacağının istehsalı 12,5 faiz artıb.
Avtomobil benzininin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 0,2 faiz, yanacaq mazutunun istehsalı isə 26,3 faiz azalıb.

Neft - qaz 2021-09-15 18:40:00