×
A
A
A
Sazlamalar

Ötən ay dəniz limanlarında 774,1 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Avqustda dəniz limanlarında 774,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 739 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2300 nəfər olub.

Nəqliyyat 2021-09-15 17:42:00